Bahar Muradova: “ATƏT öhdəliyə əməl etməlidir”
“Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq aparmış ATƏT-in faktaraşdırıcı missiyası işini çoxdan yekunlaşdırıb. Missiya monitorinqin nəticələri ilə bağlı hesabatını hələ ötən il açıqlamalı idi. Təəssüf ki, hesabat hələ də açıqlanmayıb və bunun səbəbi haqqında da heç bir məlumat verilmir”.
APA-nın xəbərinə görə, bunu YAP-ın saytına açıqlamasında Azərbaycan Milli Məclisinin sədr müavini, Azərbaycanın ATƏT-in Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
B. Muradova bildirib ki, bu məsələ ATƏT Parlament Assambleyasının qış sessiyası zamanı qaldırılıb. Onun sözlərinə görə, işğal olunmuş ərazilərdəki vəziyyət ölkəmizin ictimaiyyətinə məlumdur: “Amma missiyanın hesabatı Azərbaycan üçün ona görə əhəmiyyətlidir ki, həmin hesabatdakı faktlar Ermənistanın işğalçılıq mahiyyətini və işğal olunmuş ərazilərimizdə beynəlxalq hüquqa zidd addımların atılmasını bir daha dünya ictimaiyyətinə çatdıracaq. Biz tələb edirik ki, ATƏT və onun strukturları öz öhdəliklərinə əməl etsin. Onların öhdəliyindən biri də bu hesabatı vaxtında açıqlamaqdır. Məlum olduğu kimi, faktaraşdırıcı missiyanın bölgəyə səfəri məsələsi BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı sənədin müzakirəsi ərəfəsində ortaya çıxmışdı. Bu missiya ilə bağlı təklif veriləndən sonra Azərbaycan tərəfi həmin sənədin BMT-də müzakirəsini təxirə saldı. Hesab edirəm ki, hesabatın açıqlanmaması BMT-nin də bu yöndəki işinə mane olur. Hesabat açıqlanarsa, işğal olunmuş ərazilərə dair məlumatlar daha dolğun olar. Bu, eləcə də, istər danışıqlar, istərsə də beynəlxalq təşkilatlarda müzakirələr zamanı istinad üçün mühüm bir sənədə çevrilə bilər”.

Oxşar yazılar

Tramp Azərbaycan və Ermənistan liderlərini qəbul edəcək
6 avqust 2025 , 09:38
Ramzan Kadırov düşmənlərinə SƏSLƏNDİ: “Mən sağlamam”
5 avqust 2025 , 21:22
Bəxtiyar Paşaya general-polkovnik rütbəsi verildi
5 avqust 2025 , 17:55
Əli Əsədov BMT-nin konfransında iştirak edir-Azərbaycan dilində çıxış edəcək
5 avqust 2025 , 10:09
Ermənistanın hücumları nəticəsində əsirlikdə saxlanılmış şəxslər ifadə verdilər
4 avqust 2025 , 21:21
Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi iddialarının heç bir əsası yoxdur - RƏSMİ
4 avqust 2025 , 18:22
Putinin nikahdankənar qızı sükutu pozdu: həyatımı məhv edən adam
4 avqust 2025 , 16:47