“Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa məcbur olacaq”
Bunu “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin www.karabakh.az internet saytının təqdimat mərasimində Azərbaycan Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. E. Aslanov Azərbaycan günbəgün inkişaf etdiyini vurğulayıb: “Ermənistan isə təcavüzkar siyasətini davam etdirir. Ermənistan hakimiyyəti bir müddət sonra işğal etdikləri Azərbaycan ərazilərindən geri çəkilərək, sülh sazişi imzalamağa məcbur olacaq. Ermənistan bu uğursuz siyasət nəticəsində hər gün öz vətəndaşlarını itirir”.
Azərbaycanın informasiya müharibəsində Ermənistanı üstələdiyini deyən E. Aslanov bu üstünlüyü saxlamaq üçün güclü layihələrin həyata keçiriləcəyini də söyləyib: “Artıq Azərbaycanda erməni dilində media vasitələri fəaliyyət göstərir. Ermənistan isə bu məsələdə də Azərbaycandan geri qalır. Biz erməni dilində bu istiqamətdə fəaliyyətimizi nümayiş etdirməklə tolerantlığımızı nümayiş etdiririk”.
E. Aslanov vurğulayıb ki, hər bir azərbaycanlı informasiya müharibəsində aktivlik nümayiş etdirməlidir: “İnternetdə Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlara daim rast gəlmək olur. İnternetlə təmasda olan hər bir azərbaycanlı bu məsələyə diqqət yetirməlidirlər. Çünki Azərbaycan haqda maraqlanan xaricilər ölkəmiz haqqında məlumatı, əsasən, internetdən alırlar”.

Oxşar yazılar

Tramp Azərbaycan və Ermənistan liderlərini qəbul edəcək
6 avqust 2025 , 09:38
Ramzan Kadırov düşmənlərinə SƏSLƏNDİ: “Mən sağlamam”
5 avqust 2025 , 21:22
Bəxtiyar Paşaya general-polkovnik rütbəsi verildi
5 avqust 2025 , 17:55
Əli Əsədov BMT-nin konfransında iştirak edir-Azərbaycan dilində çıxış edəcək
5 avqust 2025 , 10:09
Ermənistanın hücumları nəticəsində əsirlikdə saxlanılmış şəxslər ifadə verdilər
4 avqust 2025 , 21:21
Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi iddialarının heç bir əsası yoxdur - RƏSMİ
4 avqust 2025 , 18:22
Putinin nikahdankənar qızı sükutu pozdu: həyatımı məhv edən adam
4 avqust 2025 , 16:47