Ombudsmanın hesabatı dinlənildi
Lent.az-ın məlumatına görə, müvəkkil Elmira Süleymanovanın hesabat xarakterli təqdimatından sonra millət vəkilləri sənəddə əks olunanlara münasibət bildirib. Ancaq deputatlar arasında illik hesabatda insan haqlarına dair vəziyyətin hərtərəfli əks olunmamasından narazılıq edənlər də olub. Millət vəkili İqbal Ağazadə isə ombudsmanın illik hesabatını tənqid edib. Onun sözlərinə görə, hesabatda söz və mətbuat azadlığı, sərbəst toplaşma azadlığı sahəsindəki vəziyyət tam əhatə olunmayıb: “Əksinə, hesabatda bu vacib azadlıqlara dair məlumatlar sıxışdırılıb, əvəzində müvafiq icra hakimiyyəti orqanlarının il ərzində şikayət və müraciətlərin araşdırılması sahəsində gördüyü işlər gen-bol təhlil edilib”.
İqbal Ağazadə Bakı Şəhər İcra Hakimiyyətinin siyasi partiyaların piket, mitinq və yürüşlər keçirmək istəyi barədə müraciətlərinə mənfi cavab verməsinin obmudsmanın hesabatında əks olunmamasını böyük qüsur hesab edib.
Digər millət vəkili Elmira Axundova isə çıxışında ombudsmanın hesabatını normal və günün tələblərinə uyğun sənəd kimi dəyərləndirib. Amma o da hesabatda xeyli çatışmazlığın və qüsurun olduğunu söyləyib. Xanım millət vəkili deyib ki, son vaxtlar Azərbaycanın müxtəlif bölgələrində intihar hadisələrinin sayı artır. Ancaq ombudsmanın hesabatında bu barədə bir cümlə də olsun, yazılmayıb: “Mənim Elmira Süleymanovaya bir sualım odur ki, il ərzində Azərbaycanda intihar edən insanlarımızın sayı nə qədər olub? Bu yaxınlarda bir gün ərzində ölkədə 4 nəfər özünə qəsd edib. Ombudsman bu intiharların səbəblərini araşdırıbmı?”
YAP-çı millət vəkili Səyavuş Novruzov isə İnsan Hüquqları üzrə Müvəkkilin hesabatını öz səlahiyyətləri çərçivəsində hazırladığını bildirib. O qeyd edib ki, Elmira Süleymanovanın illik hesabatı real vəziyyəti özündə tam şəkildə əks etdirir.
Elxan SALAHOV

Oxşar yazılar

İlham Əliyevin ABŞ səfəri: Yeni Geosiyasi Reallıqlar
6 avqust 2025 , 12:13
Tramp Azərbaycan və Ermənistan liderlərini qəbul edəcək
6 avqust 2025 , 09:38
Ramzan Kadırov düşmənlərinə SƏSLƏNDİ: “Mən sağlamam”
5 avqust 2025 , 21:22
Bəxtiyar Paşaya general-polkovnik rütbəsi verildi
5 avqust 2025 , 17:55
Əli Əsədov BMT-nin konfransında iştirak edir-Azərbaycan dilində çıxış edəcək
5 avqust 2025 , 10:09
Ermənistanın hücumları nəticəsində əsirlikdə saxlanılmış şəxslər ifadə verdilər
4 avqust 2025 , 21:21
Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi iddialarının heç bir əsası yoxdur - RƏSMİ
4 avqust 2025 , 18:22