Konqresdə Azərbaycan üzrə İşçi Qrupun yeni həmsədri fəaliyyətə başladı
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyindən Lent.az-a verilən məlumata görə, qrupun Demokratlar Partiyasından olan öncəki həmsədri Solomon Ortisin Konqresdə üzvlüyü 2010-cu ildə başa çatıb.
1973-cü ildə doğulan, Texas və Oklahoma universitetlərinin məzunu olan və 2005-ci ildən ABŞ Konqresində Oklahoma ştatını təmsil edən D.Boren Nümayəndələr Palatasının Təbii Ehtiyatlar üzrə Daimi Komitəsinin və Kəşfiyyat üzrə Xüsusi Komitəsinin üzvüdür.
Dənyel Borenin siyasi karyerası ailə ənənəsinin davamıdır. O, vaxtilə Oklahoma ştatının qubernatoru və ABŞ senatoru olmuş, hazırda Oklahoma Universitetinin rektoru və ABŞ prezidentinin Kəşfiyyat üzrə Məşvərət Şurasının həmsədri Deyvid Borenin oğlu, sabiq konqresmen Layl Borenin nəvəsidir.
ABŞ Konqresinin Nümayəndələr Palatasında 2004-cü ildə yaradılan Azərbaycan üzrə İşçi Qrupuna hazırda 38 konqresmen daxildir. Onlardan 23-ü Demokratlar, 15-i isə Respublikaçılar partiyalarını təmsil edirlər.

Oxşar yazılar

İlham Əliyevin ABŞ səfəri: Yeni Geosiyasi Reallıqlar
6 avqust 2025 , 12:13
Tramp Azərbaycan və Ermənistan liderlərini qəbul edəcək
6 avqust 2025 , 09:38
Ramzan Kadırov düşmənlərinə SƏSLƏNDİ: “Mən sağlamam”
5 avqust 2025 , 21:22
Bəxtiyar Paşaya general-polkovnik rütbəsi verildi
5 avqust 2025 , 17:55
Əli Əsədov BMT-nin konfransında iştirak edir-Azərbaycan dilində çıxış edəcək
5 avqust 2025 , 10:09
Ermənistanın hücumları nəticəsində əsirlikdə saxlanılmış şəxslər ifadə verdilər
4 avqust 2025 , 21:21
Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi iddialarının heç bir əsası yoxdur - RƏSMİ
4 avqust 2025 , 18:22