
Hərbi əsirlərin qısa müddət ərzində dəyişdirilməsi barədə razılıq əldə olunub
Rusiya, Ermənistan və Azərbaycan prezidentləri bu gün Soçidə keçirilən üçtərəfli görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair apardıqları danışıqların yekunları ilə bağlı birgə bəyanat qəbul ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sənəddə qeyd olunur ki, dövlət başçıları ötən ilin oktyabrın 27-də Həştərxanda qəbul olunmuş üçtərəfli bəyanatın praktiki icrası məsələlərini müzakirə ediblər. Belə ki, prezidentlər qısa müddət ərzində hərbi əsirlərin dəyişdirilməsi prosesinin başa çatdırılmasına dair razılığa gəliblər.
Bununla yanaşı, Soçi bəyanatında vurğulanır ki, tərəflər bütün mübahisəli məsələlərin sülh yolu ilə həlli və təmas xəttində baş verə biləcək mümkün insidentlərin ATƏT-in Minsk Qrupunun egidası altında və ATƏT sədrinin xüsusi nümayəndəsinin dəstəyi ilə araşdırılmasının tərəfdarıdır.
”Prezidentlər Dağlıq Qarabağ nizamlanması məsələləri üzrə öz mütəmadi görüşlərinin əhəmiyyətinin vacibliyini vurğulayıblar və bunun ATƏT-in Minsk Qrupunun həmsədrlərinin apardığı işə əlavə olaraq bu formatda davam etdirilməsinə dair razılığa gəliblər” - deyə, bəyanatda bildirilir.
Oxşar yazılar

İlham Əliyevin ABŞ səfəri: Yeni Geosiyasi Reallıqlar
6 avqust 2025 , 12:13
Tramp Azərbaycan və Ermənistan liderlərini qəbul edəcək
6 avqust 2025 , 09:38
Ramzan Kadırov düşmənlərinə SƏSLƏNDİ: “Mən sağlamam”
5 avqust 2025 , 21:22
Bəxtiyar Paşaya general-polkovnik rütbəsi verildi
5 avqust 2025 , 17:55
Əli Əsədov BMT-nin konfransında iştirak edir-Azərbaycan dilində çıxış edəcək
5 avqust 2025 , 10:09
Ermənistanın hücumları nəticəsində əsirlikdə saxlanılmış şəxslər ifadə verdilər
4 avqust 2025 , 21:21
Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi iddialarının heç bir əsası yoxdur - RƏSMİ
4 avqust 2025 , 18:22