ATƏT nümayəndələri ermənilərin 9 yaşlı uşağın öldürməsindən şoka düşüblər
TƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Uilyam Praroy və Jaslan Nurtazin bu gün Ağdam Rayon İcra Hakimiyyətində olublar. APA-nın Qarabağ bürosunun məlumatına görə, onlar Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovla görüşüblər.
Görüşdən sonra jurnalistlərə açıqlama verən N. Sadıqov səhra köməkçilərinə qoşunların təmas xəttində atəşkəsin ermənilər tərəfindən mütəmadi pozulması, düşmənin son vaxtlar dinc əhalini hədəfə alması barədə məlumat verdiyini bildirib: “Martın 8-də ermənilərin snayperdən açdığı atəş nəticəsində 9 yaşlı Fariz Bədəlovun həlak olması barədə də onlara ətraflı məlumat verdim. Səhra köməkçiləri 9 yaşlı məktəblinin öldürülməsi xəbərini eşidəndə şoka düşdüklərini bildirdilər”.
İcra başçısı ATƏT nümayəndələri ilə təmas xəttində ümumi vəziyyəti müzakirə etdiklərini də söyləyib.
Görüşdən sonra səhra köməkçiləri 2002-ci il təvəllüdlü Bədəlov Fariz Arif oğlunun vurulduğu ərazidə monitorinq keçirmək üçün Orta Qərvənd kəndinə yollanıblar.
Qeyd edək ki, bu gün, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Goranboy rayonunun Borsunlu kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilib. Monitorinq zamanı heç bir insident qeydə alınmayıb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Uilyam Praroy və Jaslan Nurtazin, təmas xəttinin qarşı tərəfində isə Antal Herdiç və Xristo Xristov keçiriblər.

Oxşar yazılar

Azərbaycan prezidenti ABŞ-da belə qarşılandı - VİDEO
7 avqust 2025 , 15:30
İlham Əliyev ABŞ-da
7 avqust 2025 , 15:05
Pezeşkianın oğlu Azərbaycanın müdafiəsinə qalxdı
7 avqust 2025 , 11:34
İlham Əliyevin ABŞ səfəri: Yeni Geosiyasi Reallıqlar
6 avqust 2025 , 12:13
Tramp Azərbaycan və Ermənistan liderlərini qəbul edəcək
6 avqust 2025 , 09:38
Ramzan Kadırov düşmənlərinə SƏSLƏNDİ: “Mən sağlamam”
5 avqust 2025 , 21:22
Bəxtiyar Paşaya general-polkovnik rütbəsi verildi
5 avqust 2025 , 17:55