Azərbaycan və Ermənistandan BQXK-ə təklif
Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. İ.Hüseynova deyib ki, Azərbaycan tərəfi də BQXK-ya əsirlərin geri qaytarılmasında vasitəçilik etməyi təklif edib, hazırda bununla bağlı danışıqlar gedir: “Lakin prosesin nə zaman başlayacağı hər iki ölkənin müvafiq qurumlarından asılıdır”.
Qeyd edək ki, erməni saytlarının yazdığı məlumata görə, Ermənistanın Müdafiə Nazirliyi azərbaycanlı əsirləri qaytarmağa hazır olduğunu bəyan edib. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, BQXK-nın İrəvan nümayəndəliyi bu barədə məlumatlandırılıb.
Xatırladaq ki, hazırda Ermənistanda iki Azərbaycan hərbçisi əsirlikdə saxlanılır. Azərbaycan Ordusunun kiçik çavuşları Roman Hüseynov ötən il avqustun 27-də, Anar Hacıyev isə 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb. Azərbaycanda isə 12 Ermənistan vətəndaşı əsir və girovluqdadır.

Oxşar yazılar

ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq
8 avqust 2025 , 01:08
İlham Əliyev ABŞ Prezidentinin xüsusi elçisi ilə görüşdü - FOTO+VİDEO
8 avqust 2025 , 00:47
SOCAR-la “ExxonMobil” arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb
8 avqust 2025 , 00:46
Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı inkişaf etdirən Anlaşma Memorandumu imzalanacaq - EKSKLÜZİV
8 avqust 2025 , 00:44
Azərbaycan prezidenti ABŞ-da belə qarşılandı - VİDEO
7 avqust 2025 , 15:30
İlham Əliyev ABŞ-da
7 avqust 2025 , 15:05
Pezeşkianın oğlu Azərbaycanın müdafiəsinə qalxdı
7 avqust 2025 , 11:34