Bahar Muradova etiraz aksiyalarına münasibət bildirib
“Azərbaycan demokratik cəmiyyətdir. Burada hamının eyni cür düşündüyünü təxmin etmək sadəlövhlük olardı. Aksiyalar müxtəlif fikirli insanların öz mövqeyinin ifadə formasını seçməsidir. Bunu mən belə dəyərləndirirəm”.
APA-nın məlumatına görə, bunu Azərbaycan parlamentinin sədr müavini Bahar Muradova jurnalistlərə açıqlamasında ölkədə keçirilən etiraz aksiyalarına münasibət bildirərkən deyib. B. Muradova etiraz edən dairələrin kimliyini və nəyə qadir olduğunu hər kəsin bildiyini qeyd edib: “Bu, qüvvə deyil. Narazı şəxslər bütün ölkələrdə var, Azərbaycanda da ola bilər. Bəzi adamlar var ki, narazılıqlarının nədən ibarət olduğunu özləri də bilmirlər. Bu narazılığın nədən ibarət olduğunu müəyyənləşdirsələr, bizə də məlumat versinlər”.
O, Yaxın Şərq ölkələrində baş verən son hadisələrin Azərbaycana transfer olmasının mümkünlüyünü isə qətiyyətlə rədd edib: “Bu, qətiyyən mümkün deyil. Həmin proseslərin Azərbaycanda reallaşması üçün isə ölkə daxilində dayaq yoxdur. Azərbaycanda belə istəklər dəfələrlə olub, lakin nəticəsiz qalıb”.

Oxşar yazılar

ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq
8 avqust 2025 , 01:08
İlham Əliyev ABŞ Prezidentinin xüsusi elçisi ilə görüşdü - FOTO+VİDEO
8 avqust 2025 , 00:47
SOCAR-la “ExxonMobil” arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb
8 avqust 2025 , 00:46
Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı inkişaf etdirən Anlaşma Memorandumu imzalanacaq - EKSKLÜZİV
8 avqust 2025 , 00:44
Azərbaycan prezidenti ABŞ-da belə qarşılandı - VİDEO
7 avqust 2025 , 15:30
İlham Əliyev ABŞ-da
7 avqust 2025 , 15:05
Pezeşkianın oğlu Azərbaycanın müdafiəsinə qalxdı
7 avqust 2025 , 11:34