9 yaşlı Fariz Bədəlovun qətlilə bağlı məsələ BMT-də
Azərbaycan BMT-də 9 yaşlı Fariz Bədəlovun ermənilər tərəfindən öldürülməsi ilə bağlı məsələ qaldırıb. Bu barədə APA-nın Vaşinqton müxbirinə BMT İnformasiya Mərkəzindən bildirilib. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyevin bununla bağlı BMT Baş Katibinə məktubu təşkilata üzv dövlətlərin nümayəndəliklərinə göndərilib. Məktubda deyilir: “Martın 8-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində, Ağdamın işğal olunmuş Şıxlar kəndi istiqamətində erməni snayperi Orta Qərvənd kənd sakini 9 yaşlı azərbaycanlı Fariz Bədəlova atəş açıb. O başından yaralanıb və xəstəxanaya aparılarkən dünyasını dəyişib. Biz dəfələrlə bildirmişik ki, ermənilər mütəmadi olaraq atəşkəs rejimini pozaraq təkcə Azərbaycan əsgərlərinə deyil, həm də cəbhəyanı bölgələrdə yaşayan dinc sakinlərə hücum edir, onları öldürür”.
Səfir bildirib ki, son illərdə atəşkəsin pozulması halları daha da artıb: “Mənim təmsil etdiyim hökumət Ermənistan Respublikasının növbəti təhlükəli təxribatına qəti etirazını bildirir. Azərbaycanlı uşağı qəsdən öldürməklə və bu mənfur cinayətə görə məsuliyyətdən utanmadan imtina etməklə Ermənistan tərəfi bir daha göstərdi ki, onlar doqquz yaşlı uşağın həyatını itirməsindən vicdan əzabı çəkmirlər və insanlığın mənəvi və etik prinsipləri onlara yaddır. Dinc sakinlərə olunan hücumlar həm də Ermənistanın beynəlxalq hüquq və münaqişənin həlli prosesi çərçivəsində götürdüyü öhdəliklərə davamlı hörmətsizliyini göstərir. Qeyd etmək lazımdır ki, azərbaycanlı uşaq Rusiya prezidentinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin martın 5-də Soçidə tərəflər arasında dialoqu davam etdirmək məqsədilə keçirilən görüşündən üç gün sonra öldürülüb. Bu işğalçı Ermənistan ordusu tərəfindən müdafiəsiz insanlara qarşı törədilmiş qanlı hadisədir”.
Səfir həmçinin qeyd edir ki, uşağın öldürülməsi heç bir halda tərəflər arasında inamın yaradılmasına töhfə verə bilməz və Ermənistanın münaqişəni siyasi yollarla və konstruktiv şəkildə həllini istəmədiyini bir daha sübut edir: “Mənim təmsil etdiyim hökumət ümid edir ki, Fariz Bədəlovun öldürülməsi obyektiv və ətraflı araşdırılacaq və təqsirkarların məsuliyyətə cəlb olunması üçün qəti addımlar atılacaq. Davamlı sülh, təhlükəsizlik və sabitliyin bərqərar olması üçün Ermənistan ilk növbədə öz təxribatçı və düşmənçilik siyasətini dayandırmalı, işğala dərhal son qoymalı, öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş torpaqlarından geri çəkməli, bununla da azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməlidir”.

Oxşar yazılar

Prezidentin ABŞ səfərində bu sənədlər imzalanacaq - SİYAHI
8 avqust 2025 , 02:23
ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq
8 avqust 2025 , 01:08
İlham Əliyev ABŞ Prezidentinin xüsusi elçisi ilə görüşdü - FOTO+VİDEO
8 avqust 2025 , 00:47
SOCAR-la “ExxonMobil” arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb
8 avqust 2025 , 00:46
Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı inkişaf etdirən Anlaşma Memorandumu imzalanacaq - EKSKLÜZİV
8 avqust 2025 , 00:44
Azərbaycan prezidenti ABŞ-da belə qarşılandı - VİDEO
7 avqust 2025 , 15:30
İlham Əliyev ABŞ-da
7 avqust 2025 , 15:05