Bakıda İran dini emissarlarının iştirakı ilə qapalı toplantı keçirilib - FOTO
Bu gün Bakıda Gənclik metro stansiyasının yaxınlığındakı “Alsu” restoranında Azərbaycanda “Hicabı müdafiə və hicab məhbuslarının müdafiəsi komitəsi”nin adı altında dindarların toplantısı keçirilib. Lent.az-ın məlumatına görə, toplantıda 40-50 nəfər şəxs iştirak edib. Yığıncağa paytaxtın, eyni zamanda Azərbaycanın bölgələrindən gəlmiş dindarlar qatılıb.
Lent.az-ın toplantıda iştirak etmiş müxbirinin verdiyi məlumata görə, burada əsasən son vaxtlar ölkədə baş verən hadisələr müzakirə olunub. Çıxış edən şəxslər bir sıra sərt tənqidlər səsləndiriblər.
Onlar əsasən hicaba olan münasibətə, həmçinin bu yaxınlarda həbs olunan şəxslərlə bağlı tələblər səsləndiriblər. Eyni zamanda ölkədə islamofobiya mühitinin yaradıldığını bildiriblər və təcili olaraq bir neçə islami telekanalın yaradılmasını tələb ediblər.
Toplantının sonunda 7 bənddən ibarət qətnamə qəbul olunub. Burada həbsdə olan İslam partiyasının sədri Möhsün Səmədovun və onun partiyasının üzvlərinin, Həmçinin Nardaran qəsəbəsindən olan şəxslərin dərhal azad olunması, islamofobiya və şəhvət yayan proqramların dərhal dayandırılması və islami telekanalın fəaliyyətə başlamasına icazə verilməsi, hicabla bağlı qadağaları nəzərdə tutan qanunların ləğv olunması və sair kimi tələblər yer alıb. Sənəddə islamçıların keçirəcəkləri mitinqə dəstək verilməsi ilə bağlı çağırış da əksini tapıb.
Qeyd edək ki, toplantıda İrandan dindar qismində gəlmiş iki şəxs də iştirak edib. Lent.az-ın müxbiri onların adını dəqiqləşdirmək istəsə də, buna nail olmayıb.
Nizam RZA

Oxşar yazılar

Putinin nikahdankənar qızı sükutu pozdu: həyatımı məhv edən adam
4 avqust 2025 , 16:47
Rusiya azərbaycanlılara qarşı SAVAŞ AÇDI: vergi yoxlamaları başladı
4 avqust 2025 , 15:05
SON DƏQİQƏ: Şahin Şıxlinski saxlanıldı
2 avqust 2025 , 20:15
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36