Xaricdən sığınacaq almaq istəyən azərbaycanlıların sayı azalıb
APA-nın məlumatına görə, analoji tendensiya sığınacaq almaq üçün müraciət edən azərbaycanlıların sayında da müşahidə olunur. 2009-2010-cu illərdə belə soydaşlarımızın sayı 2000-ci illərin əvvəllərinə nisbətən 20 faiz azalıb. Ötən iki ildə Azərbaycan vətəndaşları 44 Qərb ölkəsinə sığınacaq almaq üçün müraciət ediblər. 2009-cu ildə belə müraciətlərin sayı 2495, ötən il isə 1987 olub.
Azərbaycanlılar əsasən, Avropa İttifaqı ölkələrində sığınacaq axtarmağa üstünlük verirlər. 2009-cu ildə 2338, ötən il isə 1841 soydaşımız Aİ ölkələrinə sığınacaq almaq üçün müraciət edib.
Ümumilikdə ötən il dünyada sığınacaq almaq üçün ayrı-ayrı ölkələrə 358 min müraciət edilib. Bu, ötən ilki göstəricidən 5 faiz, 2001-ci ilin göstəricisindən isə iki dəfə azdır. İtaliya, Yunanıstan və Maltada sığınacaq almaq istəyənlərin sayı 33 faiz azalıb, əvəzində Almaniya, İsveç və Danimarkadan sığınacaq almaq istəyənlərin sayı nəzərəçarpacaq dərəcədə artıb.
Xarici dövlətlərdən sığınacaq istəyən vətəndaşlarının sayına görə ilk yeri Serbiya tutur. Ümumilikdə başqa ölkələrdən sığınacaq almaq üçün müraciət edənlərin 8 faizini Serbiya, 7 faizini Əfqanıstan, 6 faizini İraq, 6 faizini Çin, 5 faizini Rusiya, 4 faizini İran vətəndaşları təşkil edir. Sığınacaq almaq istəyən şəxslər üçün ən cəlbedici ölkələrə ABŞ, Fransa, Almaniya, İsveç və Kanadadır.

Oxşar yazılar

Prezidentin ABŞ səfərində bu sənədlər imzalanacaq - SİYAHI
8 avqust 2025 , 02:23
ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq
8 avqust 2025 , 01:08
İlham Əliyev ABŞ Prezidentinin xüsusi elçisi ilə görüşdü - FOTO+VİDEO
8 avqust 2025 , 00:47
SOCAR-la “ExxonMobil” arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb
8 avqust 2025 , 00:46
Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı inkişaf etdirən Anlaşma Memorandumu imzalanacaq - EKSKLÜZİV
8 avqust 2025 , 00:44
Azərbaycan prezidenti ABŞ-da belə qarşılandı - VİDEO
7 avqust 2025 , 15:30
İlham Əliyev ABŞ-da
7 avqust 2025 , 15:05