Beyin mərkəzlərinin növbəti forumu Bakıda
Lent.az-ın məlumatına görə, forumda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzini təmsil edən aparıcı elmi işçi Cavid Vəliyev İslam Konfransı Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin III forumunun 2012-ci ildə Bakıda keçirilməsini təklif edib.
Bu məsələ İKT üzv ölkələrin beyin mərkəzlərinin Forumunun Bəyannaməsinin 11-ci maddəsində öz əksini tapıb. Maddədə qeyd olunur ki, İslam Konfransı Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin III forumuna Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ev sahibliyi edəcək. Tədbirin 2012-ci ilin 1-2 martında Bakıda keçirilməsi qərara alınıb.
Forumda çıxış edən SAM-ın nümayəndəsi Cavid Vəliyev qeyd edib ki, İKT ölkələri sırasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistana dəstək verənlər var. Bu isə beynəlxalq hüquq normalarının və qanunların pozulması deməkdir. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli İKT ölkələri üçün də əsas problemlərdən biri olmalıdır. O, həmçinin üzv ölkələr arasında elmi komissiyanın yaradılmasına da böyük ehtiyac olduğunu vurğulayıb. Eləcə də ayda bir dəfə elmi jurnal nəşr olunmalıdır. Burada İKT-yə üzv ölkələrin problemləri, təklifləri və digər məsələlər barədə informasiyalar öz əksini tapmalıdır.
Tədbirdə ictimai diplomatiya mövzusu da geniş müzakirə edilib. Qeyd edilib ki, forum iştirakçıları müvafiq elmi işləri dəstəkləməklə, ictimai təşkilat və qurumlarla birlikdə vətəndaş cəmiyyəti təşkilatlarının bu istiqamətdə ortaq layihələr həyata keçirə bilmələri üçün zəmin yaradacaq.

Oxşar yazılar

Paşinyandan SÜLH PAYLAŞIMI
8 avqust 2025 , 11:27
"Zəngəzur Dəhlizi"nin işə düşməsi ilə bağlı ABŞ-la Ermənistan arasında saziş imzalanır
8 avqust 2025 , 11:14
Dünyanın gözü Vaşinqtonda: Liderlər bu saatlarda görüşəcək
8 avqust 2025 , 10:35
Prezidentin ABŞ səfərində bu sənədlər imzalanacaq - SİYAHI
8 avqust 2025 , 02:23
ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq
8 avqust 2025 , 01:08
İlham Əliyev ABŞ Prezidentinin xüsusi elçisi ilə görüşdü - FOTO+VİDEO
8 avqust 2025 , 00:47
SOCAR-la “ExxonMobil” arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb
8 avqust 2025 , 00:46