Əli Kərimli və İsa Qəmbər polisə çağırıldı
AXCP-dən APA-ya verilən məlumata görə, dəvət BŞBPİ-nin rəhbərliyindən gəlib. Partiyadan bildirilib ki, Əli Kərimli saat 16.00-da BŞBPİ-yə gedəcək.
Müsavat Partiyasından APA-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsinin rəisi Cəbrayıl Vəliyev Müsavat Partiyasının qərargahına gəlib. O, partiya rəhbərini bu gün 17.00-da BŞBPİ və Bakı şəhər Prokurorluğunun rəhbərliyi ilə görüşə dəvət edib.
İctimai Palatanın (İP) mitinq komitəsinin üzvləri Tofiq Yaqublu, Fuad Qəhrəmanlı, Fikrət Cəfərli və Əli Orucov da Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıblar. Onlar saat 17.30-da idarəyə gedəcəklərini bildiriblər.
Müsavat Partiyası İP-nin aprelin 2-də keçirəcəyi mitinq ərəfəsində müxalifətçilərin polis tərəfindən saxlanılmasını pisləyən bəyanat yayıb.
Xatırladaq ki, İP aprelin 2-də “Fəvvarələr meydanı”nda icazəsiz aksiya keçirəcəyini bəyan edib.

Oxşar yazılar

Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi iddialarının heç bir əsası yoxdur - RƏSMİ
4 avqust 2025 , 18:22
Putinin nikahdankənar qızı sükutu pozdu: həyatımı məhv edən adam
4 avqust 2025 , 16:47
Rusiya azərbaycanlılara qarşı SAVAŞ AÇDI: vergi yoxlamaları başladı
4 avqust 2025 , 15:05
SON DƏQİQƏ: Şahin Şıxlinski saxlanıldı
2 avqust 2025 , 20:15
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18