ABŞ və Kanadada azərbaycanlıların soyqırımı qurbanlarının anım tədbirləri keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Azərbaycan – Nyu-York Assosiasiyası”, “Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası”, “Kvebek Azərbaycanlıları Assosiasiyası”nın müvafiq olaraq Nyu-York, Hyuston və Monreal şəhərlərində keçirdikləri tədbirlərdə soyqırımı qurbanlarının xatirəsi yad edilib.
Anım mərasimlərində 1918-ci mart-aprel ayının əvvəlində erməni daşnak silahlı qruplaşmalarının Bakı, Şamaxı, Quba, Xaçmazda, Zəngəzur və İrəvanda, Naxçıvanda yüz minlərlə azərbaycanlını amansızlıqla qətlə yetirmələri barədə məlumat verilib və erməni millətçilərinin etnik təmizləmə planının tərkib hissəsi olan bu addımlar kəskin şəkildə pislənilib. ABŞ-ın Azərbaycan diasporunun digər bir təşkilatı - “Amerika-Azərbaycan Şurası” Pax Turcica şəbəkəsi vasitəsilə Konqresə 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məktublar göndərərək Amerika qanunvericilərini ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı aktına qiymət verməyə səsləyiblər.

Oxşar yazılar

Paşinyandan SÜLH PAYLAŞIMI
8 avqust 2025 , 11:27
"Zəngəzur Dəhlizi"nin işə düşməsi ilə bağlı ABŞ-la Ermənistan arasında saziş imzalanır
8 avqust 2025 , 11:14
Dünyanın gözü Vaşinqtonda: Liderlər bu saatlarda görüşəcək
8 avqust 2025 , 10:35
Prezidentin ABŞ səfərində bu sənədlər imzalanacaq - SİYAHI
8 avqust 2025 , 02:23
ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq
8 avqust 2025 , 01:08
İlham Əliyev ABŞ Prezidentinin xüsusi elçisi ilə görüşdü - FOTO+VİDEO
8 avqust 2025 , 00:47
SOCAR-la “ExxonMobil” arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb
8 avqust 2025 , 00:46