Prokurorluq Həsən Kərimovun polisə gətirilməsinin səbəbinə aydınlıq gətirdi
Bu barədə APA-ya açıqlamasında Bakı şəhər prokurorunun müavini, istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev məlumat verib.
F. Həsənəliyev bu gün mətbuatda Həsən Kərimovun Səbail rayon Polis İdarəsində işgəncələrə məruz qalması ilə əlaqədar səhhətinin pisləşməsi və 4 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilməsi barədə yayılan məlumatlara da aydınlıq gətirib.
O qeyd edib ki, H. Kərimovun Səbail rayon Polis İdarəsində işgəncələrə məruz qalması ilə əlaqədar səhhətinin pisləşməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Belə ki, özlərini İctimai Palata adlandıran qurum tərəfindən aprelin 2-də paytaxtın «Fəvvarələr» meydanında qanunsuz keçirdikləri mitinqlə bağlı Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə həmin aksiyanın təşkilatçılarından olan AXCP Ali Məclisinin sədri Həsən Kərimov şahid qismində dindirilməsi məqsədi ilə Səbail rayon Polis İdarəsinə gətirilib. Həsən Kərimov ifadə verməkdən imtina edib və qəflətən səhhəti pisləşdiyindən istintaq qrupunun üzvlərinin çağırışı əsasında gəlmiş təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən ona ilkin tibbi yardım göstərilib. Bundan sonra Həsən Kərimov təcili tibbi yardım avtomaşını ilə 4 saylı şəhər klinik xəstəxanasına göndərilib və xəstəxanada ona “ürəyin işemik xəstəliyi, miokard infarktından sonrakı kardioskleroz təkrari miokard infarktı” diaqnozu qoyulub. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertləri tərəfindən Həsən Kərimov müayinə edilib və onun bədənində hər hansı bir xəsarət aşkar edilməyib. Hazırda Həsən Kərimovun stasionar müalicəsi davam etdirilir”.

Oxşar yazılar

Paşinyandan SÜLH PAYLAŞIMI
8 avqust 2025 , 11:27
"Zəngəzur Dəhlizi"nin işə düşməsi ilə bağlı ABŞ-la Ermənistan arasında saziş imzalanır
8 avqust 2025 , 11:14
Dünyanın gözü Vaşinqtonda: Liderlər bu saatlarda görüşəcək
8 avqust 2025 , 10:35
Prezidentin ABŞ səfərində bu sənədlər imzalanacaq - SİYAHI
8 avqust 2025 , 02:23
ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq
8 avqust 2025 , 01:08
İlham Əliyev ABŞ Prezidentinin xüsusi elçisi ilə görüşdü - FOTO+VİDEO
8 avqust 2025 , 00:47
SOCAR-la “ExxonMobil” arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb
8 avqust 2025 , 00:46