Azərbaycan prezidenti Nursultan Nazarbayevi təbrik etdi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib.
Lent.az-ın “AzərTAC”-a istinadən verdiyi məlumata görə, təbrikdə qeyd olunur ki, bu qələbə Qazaxıstan xalqının Nursultan Nazarbayevə yüksək etimadını, dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsinə, cəmiyyət həyatının bütün sahələrində əsaslı dəyişikliklər aparılmasına yönəlmiş fəaliyyət xəttinin xalq tərəfindən dəstəklədiyini təsdiq edib.
Təbrikdə vurğulanır ki, Azərbaycanı və Qazaxıstanı çoxəsrlik dostluq, mehriban qonşuluq və əməkdaşlıq telləri bağlayır: “Əminəm ki, bu xeyirxah ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz dost xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcək və genişlənəcək. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və Qazaxıstanın çiçəklənməsi naminə dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayıram”.

Oxşar yazılar

Paşinyandan SÜLH PAYLAŞIMI
8 avqust 2025 , 11:27
"Zəngəzur Dəhlizi"nin işə düşməsi ilə bağlı ABŞ-la Ermənistan arasında saziş imzalanır
8 avqust 2025 , 11:14
Dünyanın gözü Vaşinqtonda: Liderlər bu saatlarda görüşəcək
8 avqust 2025 , 10:35
Prezidentin ABŞ səfərində bu sənədlər imzalanacaq - SİYAHI
8 avqust 2025 , 02:23
ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq
8 avqust 2025 , 01:08
İlham Əliyev ABŞ Prezidentinin xüsusi elçisi ilə görüşdü - FOTO+VİDEO
8 avqust 2025 , 00:47
SOCAR-la “ExxonMobil” arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb
8 avqust 2025 , 00:46