"Bu gün biz sülh sazişinə  start veririk" - Prezidenti İlham Əliyev
09 avqust 2025 01:06 (UTC +04:00)

"Bu gün biz sülh sazişinə start veririk" - Prezidenti İlham Əliyev

Bu gün biz sülh sazişinə start veririk.

Lent.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə söyləyib.

Dövlət başçısı bildirib ki, sülh sazişi prosesi uzun müddətdir davam edir:

“Sülh sazişinin paraflanması burada dünyada birinci nömrəli paytaxtda və möhtəşəm prezidentin iştirakı ilə həyata keçirilir. Bu, o deməkdir ki, burada heç bir şübhə olmamalıdır. Baş nazir Paşinyan və ya mən əgər geriyə addım atmaq fikrində olsaydıq, bura gəlməzdik. Tam əmin ola bilərsiniz ki, Azərbaycan xalqı və icması üçün burada baş verənlər əbədi, uzunmüddətli sülhə gətirib çıxaracaq.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 366

Oxşar yazılar