Fransa ilə Ermənistan bir-birinə bacı deyir -  İlham Əliyev
21 noyabr 2022 16:03 (UTC +04:00)

Fransa ilə Ermənistan bir-birinə bacı deyir - İlham Əliyev

“Bu yaxınlarda yenə də üzv olmadığımız, amma Ermənistanın bilmirəm hansı səbəbə görə üzv olduğu Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı”.

Lent.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev YAP-ın yaradılmasının 30 illiyi münasibətilə tədbir çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir: “Onlar bir-birinə bacı deyirlər və onların özü də mən görürəm, yoldaşlar xüsusilə bunu qeyd etdilər. Mən daha demədim ki, qardaş da deyə bilərdilər, amma nədənsə bacı deyirlər bunlar”. 

# 2415
avatar

Oxşar yazılar