Milli Məclisə növbədənkənar seçkilərdə ödənişli seçkiqabağı təşviqata qoşulacaq media orqanları məlum olub.
Lent.az-ın xəbərinə görə, ödənişli təşviqatda ümumilikdə 57 media orqanı iştirak edəcək.
Maraqlıdır ki, bu media orqanları arasında yalnız bir televiziya kanalı - "İctimai TV" var.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin olunub.