Putindən  real inqilabın   mümkünlüyü barədə  XƏBƏRDARLIQ
07 dekabr 2023 17:08 (UTC +04:00)

Putindən real inqilabın mümkünlüyü barədə XƏBƏRDARLIQ

Rusiya prezidenti Vladimir Putin yaxın illərdə dünya iqtisadiyyatında böyük Qərb banklarının inhisarını dayandıracaq real inqilabın mümkünlüyünü açıqlayıb. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə dövlət başçısı “Rusiya çağırır!” VTB investisiya forumunda çıxışı zamanı bildirib.

"Bəli, onların özləri, artıq gördüyümüz kimi, ən yaxşı vəziyyətdə deyillər. Hər halda, onların bəziləri, bu dəqiqdir”, - prezident hansı bankları nəzərdə tutduğunu açıqlamayıb. Putin əlavə edib ki, Rusiya maliyyə təşkilatları sanksiyalara baxmayaraq, stabil işləyir və bazarda sabitdir.

O, qlobal iqtisadi münasibətlər sisteminin əsaslı və dönməz dəyişikliklər mərhələsindən keçdiyini, qloballaşmanın çoxqütblü modellə əvəz olunduğunu vurğulayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5877
avatar

Oxşar yazılar