Putinə ad günündə  traktor hədiyyə etdilər  - VİDEO
07 oktyabr 2022 16:41 (UTC +04:00)

Putinə ad günündə traktor hədiyyə etdilər - VİDEO

Rusiya prezidenti Vladimir Putinin ad günündə olduğu Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammitinə gələn jurnalistlər tədbir iştirakçılarının dövlət başçısına hansı hədiyyələr təqdim etdiklərini öyrəniblər. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə “Shot” Telegram kanalında məlumat verilib.

Belarus lideri Aleksandr Lukaşenko günün qəhrəmanına özünün istifadə etdiyi eyni modeldə olan “Belarus” traktorunu hədiyyə edib - oxşar maşın kənd təsərrüfatı işlərini yerinə yetirmək üçün nəzərdə tutulub.

“Ən yaxşısıdır. Mən ona bir toxumsəpən əlavəsini də təklif edəcəyəm. Biz taxıl əkəcəyik, onu yetişdirəcəyik və - Polşa prezidenti Anjey Duda, Polşanın baş naziri Mateuş Moravetsokm, Avropadakılar, Ukraynadakılar acından ölməsinlər və çörək oğurlamasınlar, yoxsul ölkələrə aparsınlar”, - Lukaşenko deyib.
Bundan əlavə, Tacikistan prezidenti Emoməli Rəhmon tədbirə onlarla qovun və qarpızdan hazırlanmış iki piramida da gətirib.

Öz növbəsində Kremlin sözçüsü Dmitri Peskov Putinə 70 illik yubileyi münasibətilə açıqca hədiyyə etdiyini bildirib. 

Bundan əvvəl mətbuat katibi Rusiya prezidentinin ad gününü iş yerində keçirəcəyini bildirmişdi. O qeyd edirdi ki, bu gün dövlət başçısı üçün bir sıra tədbirlər nəzərdə tutulub.
 

Putinə ad günündə traktor hədiyyə etdilər

# 5025
avatar

Oxşar yazılar