Şuşaya  sakinlərin köçürülməsi   bu vaxtdan başlayacaq
06 oktyabr 2022 19:33 (UTC +04:00)

Şuşaya sakinlərin köçürülməsi bu vaxtdan başlayacaq

“Evlərinə qayıdacaq insanlar rahat inkluziv şəhərdə yaşayacaq. Biz istəyirik ki, o insanlar bu yerlərə aid olduğunu hiss etsin, o məxsusluğu hiss etsin”.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O bildirib ki, qarşıda olan digər əsas məsələ iş yerləridir, Şuşaya qayıdan sakinlər üçün iş yerləri təmin olunmalıdır və biz bunu nəzərə alırıq:

“2023-cü ilin sonundan etibarən Şuşaya sakinlərin köçürülməsinə başlanacaq və ilkin olaraq 2500 sakinin geri dönməsi planlaşdırılır. Bildiyiniz ki, Şuşa fərqlidir, onun məhdud iqtisadi potensialı var, bura daha çox mədəni və turistik potensiala malikdir. Ona görə də biz evlərinə qayıdacaq sakinlərimizin gözləntilərini, iş şərtlərini və s. diqqətə alırıq. Bu məsələlər master planda əksini tapıb”.

# 4755
avatar

Oxşar yazılar