Ukrayna prezidenti Viktor Yuşşenko xanımı Katerina Yuşşenko ilə Azərbaycana iki günlük rəsmi səfərə gəlib.
APA-nın məlumatına görə, nümayəndə heyətinin tərkibinə xarici işlər naziri vəzifəsini icra edən Vladimir Xandoqiy, müdafiə naziri Yuri Yexanurov, iqtisadiyyat nazirinin müavini Natalya Botsun, prezidentin katibliyinin başçısının müavini Andrey Qonçaruk, prezidentin enerji təhlükəsizliyi beynəlxalq məsələlər üzrə səlahiyyətli nümayəndəsi Boqdan Sokolovski, «Naftoqaz» şirkətinin idarə heyətinin sədrinin müavini Vadim Çuprun, Milli Kosmik Agentliyin baş direktorunun birinci müavini Valeri Komarov, Volınsk dövlət vilayət administrasiyasının sədri Nikolay Romanyuk, Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru Leonid Quberskiy daxildir.
Rəsmi səfərinin əsas hadisəsi Ukrayna və Azərbaycan Prezidentləri Şurasının birinci toplantısıdır. Səfər çərçivəsində iki ölkə arasında iclasın yekununa dair protokol, Ukrayna ilə Azərbaycanın 2009-2010-cu illərdə əməkdaşlığına dair Yol Xəritəsi, 1997-ci il martın 24-də imzalanmış hərbi-texniki əməkdaşlıq haqqında hökumətlərarası sazişə dəyişikliklər haqqında protokol, regionlararası əməkdaşlıq haqqında sənəd və 2009-2010-cu illər üçün xarici siyasət idarələri arasında məsləhətləşmələr planının imzalanması nəzərdə tutulur.
Viktor Yuşşenko prezident İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçirəcək, Bakı Slavyan Universitetində çıxış edəcək, Ukrayna Xalq Cümhuriyyətinin 1919-1920-ci illərdə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyasının yerləşdiyi binaya vurulmuş xatirə lövhəsinin açılış mərasiminə qatılacaq.

Viktor Yuşşenko Azərbaycana gəldi
Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07