<b>Azərbaycan-Rusiya sərhədində ilk sərhəd nişanları qoyuldu</b>
22 fevral 2018 18:10 (UTC +04:00)

Azərbaycan-Rusiya sərhədində ilk sərhəd nişanları qoyuldu

0

2018-ci ilin fevral ayının 22-də Qusar rayonunun Zuxul kəndi ərazi­sin­də Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının təntənəli quraşdırılması mərasimi keçirilib. Dövlət Sərhəd Xidmətinin

Mətbuat Mərkəzindən Lent.az-a daxil olan məlumata görə, Azərbaycan Sərhəd Mühafizəsi tarixinin ən əlamətdar hadi­sələrindən biri olan bu təntənəli mərasimdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xid­mə­tinin və Rusiya Federasiyasının Federal Təhlükə­siz­lik Xidmətinin Sər­həd Xidmətinin nümayəndə heyətləri, Azərbaycan Respublikası və Rusiya Fe­de­rasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Döv­lət Komissiyalarının üzvləri iştirak ediblər.

Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanı quraşdırıldıqdan sonra Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri cənab Xələf Xələfov, Rusiya Federasiya­sının Azərbaycan Respublikası ilə dövlət sərhədinin delimitasiyası və demar­kasiyası üzrə Dövlət Komissiyasının sədri cənab Vadim Postnov, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nü­mayəndə heyətinin rəhbəri  general-ley­tenant Aleksey Buyerov çıxış edib­lər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 588

Oxşar yazılar