[b]Elmar Məmmədyarov həmsədrlərlə görüşdü[/b]
01 iyun 2016 01:18 (UTC +04:00)

[b]Elmar Məmmədyarov həmsədrlərlə görüşdü[/b]

0

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun mayın 31-də Brüsselə işgüzar səfəri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə əvvəlcədən planlaşdırılmış görüşü keçirilib.

 

Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin mümkün olan ən tez bir zamanda irəlilədilməsi məqsədilə iyun zirvə toplantısına hazırlıq üçün Vyana görüşünün nəticələri müzakirə edilib.

 

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iyun ayında keçirilməsi planlaşdırılan görüşünün ləğv edilməsi barədə xəbərə münasibət bildirən Hikmət Hacıyev belə bir görüşün keçirilməsinin təklif olunmadığını və nəticə etibarilə planlaşdırılmadığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 502

Oxşar yazılar