<b>XİN: Gürcüstan Dağlıq Qarabağın müstəqilliyini tanımır</b>
28 noyabr 2017 01:04 (UTC +04:00)

XİN: Gürcüstan Dağlıq Qarabağın müstəqilliyini tanımır

0

Tbilisidə Dağlıq Qarabağdan olan rəssamların iştirak etdiyi sərgi şəxsi təşəbbüsdür, onun təşkilində dövlət strukturları iştirak etməyib.

 

APA-nın məlumatına görə, bu barədə “Gürcüstan – Onlayn”-a Gürcüstanın Xarici İşlər Nazirliyndən bildiriblər.

 

“Gürcüstan Dağlıq Qarabağı müstəqilliyini tanımır və münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Sərgi şəxsi təşəbbüs əsasında açılıb, onun təşkilinə heç bir dövlət strukturu qoşulmayıb", - Gürcüstan XİN-in məlumatında vurğulanıb.

 

Məlumata görə, bundan əvvəl Azərbaycanın Gürcüstandakı səfirliyi ölkənin müvafiq dövlət qurumlarına müraciət edərək, Dağlıq Qarabağdan olan 7 rəssamın əl işlərinin nümayiş etdirildiyi "Dirçəliş" adlı sərginin açılışından narahatlıq ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar