İlham Əliyev Serbiya daxili işlər nazirini qəbul edib - <span style="color:red;">YENİLƏNİB
05 dekabr 2016 13:41 (UTC +04:00)

İlham Əliyev Serbiya daxili işlər nazirini qəbul edib - YENİLƏNİB

Preziodent İlham Əliyev Serbiyanın daxili işlər naziri Neboyşa Stefanoviçin Azərbaycana səfərinin Azərbaycan və Serbiyanın müvafiq qurumları arasında əməkdaşlığın müzakirəsi və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi üçün səmərəli olacağına əminliyini bildirib.

 

Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərləri və digər təmasları ölkələr arasında dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirib.

 Azərbaycan ilə Serbiyanın bir çox sahələrdə əməkdaşlıq etdiyini bildirən dövlət başçısı bu əməkdaşlığın inkişafında Azərbaycanın maraqlı olduğunu deyib.

 

Hər iki ölkənin  beynəlxalq təşkilatlarda da bir-birinə daim dəstək verdiklərini vurğulayan Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından bunun əhəmiyyətini qeyd edib.

 Dövlət başçısı Azərbaycan və Serbiya arasında ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

 

Serbiya Respublikasının daxili işlər naziri Neboyşa Stefanoviç Azərbaycanda onlara göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirərək Azərbaycanın  və Bakının xüsusilə son illər inkişafının onlarda böyük təəssürat yaratdığını deyib.  Hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın zəruriliyini vurğulayan qonaq səfərin əlaqələrin inkişafı ilə bağlı konkret işlər görmək uşun yaxşı imkan yaratdığını deyib.

 Hazırda Yer kürəsində terrorizmin geniş yayıldığını təəssüflə qeyd edən Serbiyanın daxili işlər naziri terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin əhəmiyyətindən danışaraq, hər iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı informasiya mübadiləsinin və treninqlərin keçirilməsinin əməkdaşlığın gücləndirilməsi baxımından önəmini vurğulayıb.

 

 

***

11:18

 

 Prezident İlham Əliyev Serbiya daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı dekabrın 5-də Serbiya Respublikasının daxili işlər naziri Neboyşa Stefanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284

Oxşar yazılar