Prezident İlham Əliyev Pakistanın ticarət nazirini qəbul edib - <span style="color:red;">YENİLƏNİB
05 dekabr 2016 13:53 (UTC +04:00)

Prezident İlham Əliyev Pakistanın ticarət nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan və Pakistan arasında qarşılıqlı ticarətin səviyyəsinin inkişaf etdirilməsi, sərmayə qoyuluşu və biznes imkanlarının müəyyənləşdirilməsi üçün hər iki ölkənin müvafiq nazirliklərinin praktik səviyyədə görüşlər keçirməsi üçün də yaxşı fürsət yaranır.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə,  bunu prezident İlham Əliyev Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xanla görüşündə deyib.

 

 

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin Azərbaycana səfərlərini məmnunluqla xatırlayan prezident İlham Əliyev  hər iki səfərin uğurlu və məhsuldar olduğunu vurğulayaraq, bu səfərlərin ölkələr arasında mövcud qardaşlıq əlaqələrinin gücləndirilməsi baxımından önəmini qeyd edib.  

 

Ölkəsinin Baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycana səfərindən məmnun olduğunu vurğulayan Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xan Baş nazirin minnətdarlığını çatdırıb.

 

 Pakistanlı nazir Baş nazir Məhəmməd Nəvaz Şərifin Azərbaycana səfərindən dərhal sonra onun tapşırığı ilə Azərbaycana səfər etdiyini və ikitərəfli əlaqələrin inkişafı ilə bağlı üzərində işləməli əhəmiyyətli məsələlərin olduğunu deyib.

 

Görüşdə ölkələr arasında enerji, ticarət əlaqələrinin genişləndirilməsi, kənd təsərrüfatı, əczaçılıq və toxuculuq sənayesi sahələrində əməkdaşlığın önəmi qeyd olunub.

***

11:05

Prezident İlham Əliyev Pakistanın ticarət nazirini qəbul edib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı dekabrın 5-də Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xanı qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256

Oxşar yazılar