Çexiya prezidenti İlham Əliyevi təbrik edib
28 may 2016 17:15 (UTC +04:00)

Çexiya prezidenti İlham Əliyevi təbrik edib

0

Çex Respublikasının Prezidenti Miloş Zeman Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:

 

“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və ölkənizin vətəndaşlarına səmimi təbriklərimi çatdırıram.

 

Mən Azərbaycan Respublikası ilə Çex Respublikasının ikitərəfli münasibətlərinin fəal şəkildə inkişaf etməsindən və bu müsbət meylin keçən ilin sentyabr ayında Bakıya səfərim zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə təsdiq olunmasından məmnunam.

 

Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər diləyir, Azərbaycan Respublikasının vətəndaşlarına əmin-amanlıq və rifah arzulayıram”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 392

Oxşar yazılar