Çin Xalq Respublikasının sədrindən İlham Əliyevə təbrik məktubu
28 may 2016 14:39 (UTC +04:00)

Çin Xalq Respublikasının sədrindən İlham Əliyevə təbrik məktubu

0

Çin Xalq Respublikasının sədri Si Cinpin Prezident İlham Əliyevə təbrik məktubu yollayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

 

 

“Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına və Hökumətinə Çin xalqı və Hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

 

Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Əminəm ki, ölkələrimizin və xalqlarımızın gələcək rifahı naminə birgə səylərimiz Çin-Azərbaycan münasibətlərinin daha da genişlənməsinə töhfə verəcək.

 

Zati-aliləri, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, ölkənizə qüdrət və tərəqqi, xalqınıza xoşbəxtlik və sülh arzulayıram”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar