Elmar Məmmədyarov BMT-də çıxış edəcək
05 avqust 2013 17:32 (UTC +04:00)

Elmar Məmmədyarov BMT-də çıxış edəcək

Elmar Məmmədyarovun Nyu-Yorka səfəri başlayıb


 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfər edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi BMT Təhlükəsizlik Şurasının “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT ilə regional və sub-regional təşkilatlar arasında əməkdaşlıq” mövzusunda avqustun 6-da keçiriləcək açıq müzakirələrdə iştirak etməkdir.

 

Görüşə Argentinanın Prezidenti xanım Kristina Fernandez Kirşner sədrlik edəcək.

 

Səfər müddətində nazirin BMT TŞ-da çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulur.


 

 

# 414
avatar

Oxşar yazılar