İlham Əliyev AŞPA həmməruzəçilərini qəbul edib - YENİLƏNİB
14 sentyabr 2017 17:15 (UTC +04:00)

İlham Əliyev AŞPA həmməruzəçilərini qəbul edib - YENİLƏNİB

0

Azərbaycan prezidenti İlham Əliyev Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.

 

APA-nın məlumatına görə, AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan yeni sazişin imzalanması münasibətilə təbriklərini dövlət başçısına çatdırıblar və bunu böyük tarixi hadisə kimi qiymətləndiriblər.

 

Prezident İlham Əliyev imzalanan saziş, tərəfdaşlar və “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında aparılan işlərdən danışıb.

 

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

 

**

16:10

Prezident İlham Əliyev sentyabrın 14-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib. Lent.az xəbər verir ki, bu barədə AzərTAc məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 351

Oxşar yazılar