Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri Stefan Viskontini qəbul edib.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, 15 il bundan əvvəl Azərbaycana səfər etdiyini vurğulayan Stefan Viskonti ötən dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin və əldə olunan nailiyyətlərin onda böyük təəssürat yaratdığını məmnunluqla qeyd edib.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Fransanın Minsk qrupunun həmsədri kimi bundan sonra da fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirib. Münaqişənin artıq uzun illərdir ki, davam etdiyini vurğulayan dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz həllini tapmasında Azərbaycanın maraqlı olduğunu bir daha vurğulayıb.
***
11:50
Azərbaycan Prezidenti İlham Əliyev Fransanın ATƏT-in Minsk qrupundakı həmsədrini qəbul edib.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, dövlət başçısı dekabrın 12-də Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri Stefan Viskontini qəbul edib.