Azərbsaycan prezidenti İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib.
Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı Gürcüstanın prezidenti Giorgi Marqvelaşviliyə Batumidə oteldə baş verən faciə ilə əlaqədar başsağlığı verib. Başsağlığında deyilir:
“Hörmətli cənab Prezident,
Batumi şəhərində mehmanxanada baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.