Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində keçiriləcək iclasında iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gedib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Kokşetau şəhərinin hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.