Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə təkbətək görüşü olub.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, görüşdə ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub.
Türkiyənin Baş naziri vəzifəsinə seçildikdən sonra Binəli Yıldırımın ilk səfərini Azərbaycana etməsinin əhəmiyyəti də vurğulanıb. Bu səfərin Azərbaycan və Türkiyə əlaqələrinin daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edilib.
Görüşdə həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.