<b>İsmayıl Qəhrəman: “Azərbaycan FETÖ-yə qarşı lazımi tədbirləri görür”</b>
19 sentyabr 2016 21:36 (UTC +04:00)

İsmayıl Qəhrəman: “Azərbaycan FETÖ-yə qarşı lazımi tədbirləri görür”

0

 “Azərbaycan  FETÖ-yə qarşı lazımi tədbirləri görür”.

 

Bu sözləri APA-ya açıqlamasında  Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman deyib.

 

“Azərbaycan bizim doğurdanda “Bir millət, iki dövlət” şüarı ilə birlikdə olduğumuz qardaş ölkədir. FETÖ isə  “sülh, mülayim İslam” maskalarının arxasında böyük dövlətlərə xidmət edən zavallı bir qrupdur. Azərbaycan FETÖ-yə qarşı lazımi tədbirləri görür”, deyə İsmayıl Qəhrəman bildirib.

 

“Bir çox platformada biz Azərbaycanla bir yerdəyik, bir-birimizi kürək-kürəyə, çiyin-çiyinə dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik”, deyə Türkiyə Böyük Millət Məclisinin sədri vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar