Müsavat Partiyasının mitinqi başa çatıb.
APA-nın məlumatına görə, aksiyada hər hansı insident qeydə alınmayıb.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə aksiyada 500-ə qədər Müsavat Partiyası üzvü və tərəfdarı iştirak edib.
***
15:12
Bu gün Müsavat Partiyası mitinq keçirir.
APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya bu il sentyabrın 26-da keçiriləcək referendumla bağlıdır.
Aksiyada təhlükəsizlik tədbirləri Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir.