Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupu həmsdərləri ilə görüşəcək.
APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan məlumat verib.
Onun sözlərinə görə, görüş iyunun 2-də Parisdə baş tutacaq.
Bildirilir ki, görüşdə Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin bərpası bağlı məsələlər müzakirə edəcək.