Naxçıvan Ali Məclisinə əlavə seçkilər təyin edildi
07 iyun 2016 22:55 (UTC +04:00)

Naxçıvan Ali Məclisinə əlavə seçkilər təyin edildi

0

45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə avqustun 6-na əlavə seçkilər təyin edilməsinin səbəbi məlum olub.

 

APA-nın məlumatına görə, 1 noyabr 2015-ci ildə Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə 45 saylı Aza Seçki Dairəsindən deputat seçilmiş İlhamə Mustafayeva Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edərək deputat mandatından imtina edib.

 

Bununla əlaqədar Naxçıvan Muxtar Respublikasının seçki qanunvericiliyin uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu gün 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə avqustun 6-na əlavə seçkilər təyin edilməsi barədə sərəncam imzalayıb. 

 

Qeyd edək ki, İ. Mustafayeva 1 noyabr 2015-ci ildə Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə 45 saylı Aza Seçki Dairəsindən deputat seçilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 7 dekabr 2015-ci il tarixli sərəncamı ilə Naxçıvan Tibb Kollecinin direktoru vəzifəsindən azad edilib. 

 

İ. Mustafayeva Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevin həyat yoldaşıdır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 472

Oxşar yazılar