28 may – Respublika Günü münasibətilə ilə Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən təntənəli mərasim keçirilib.
Mərasimdə Acarıstan Muxtar Respublikasının Səhiyyə və əhalinin sosial müdafiə naziri Nuqzar Surmanidze, maliyyə və iqtisadiyyat naziri-Davit Baladze, kənd-təsərrüfatı naziri -Zaur Putkaradze, təhsil, mədəniyyət və idman naziri Qiya Tavamaishvili ,Batumi şəhər Şurasının deputatları, Acarıstan Muxtar Respublikası Hökuməti aparatının məsul əməkdaşları,Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi, Türkiyə Respublikasının Baş Konsulu Yasin Temizkan və Konsulluğunun əməkdaşları, İran İslam Respublikasının Baş Konsulu Hossein Maşhadi, SOCAR-ın Gürcüstan nümayəndəliyinin Batumi şəhərindəki əməkdaşları, Poti limanı Kulevi terminalının əməkdaşları, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin sədri Vidadi Axundov və Azərbaycan icmasının üzvləri, “Acara TV”nin baş redaktoru Soso Sturua, Batumidə fəaliyyət göstərən digər icmaların nümayəndələri iştirak ediblər.
Mərasimin açılış nitqində Baş Konsul Rəşad İsmayılov 28 may 1918-ci ildə qəbul olunmuş "Müstəqillik Deklarasiyası" ilə müsəlman şərqində ilk dəfə dünyavi demokratik Respublikanın qurulduğunu qeyd edərək, Azərbaycan Demokratik Respublikasının özünəməxsus parlamenti, hökuməti, ordusu, pul vahidi və digər dövlət rəmzləri mövcud olduğunu vurğulayıb.
ADR-in mili dövlətçilik ənənələrinin bərpasında müstəsna rolunun olduğu barədə məlumat verilib, Respublikamızın öz müstəqilliyini 1991-ci ilin 18 oktyabr tarixində bərpa etdiyi bildirilib.
Baş Konsul, ötən 20 il ərzində dövlətçiliyimizin ağır sınaqlardan keçdiyini və 1988-ci ildən Azərbaycan xalqının Ermənistan işğalı şəraitində yaşadığını bildirmişdir. Uzun illərdir, baş verən münaqişənin əsas mahiyyəti, Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni əhalinin öz müqəddəratını təyin etmək bəhanəsilə gizlədilir, Azərbaycanın 20% torpaqları işğal altında saxlanılır.
Natiq bildirib ki, təməli Heydər Əliyev tərəfindən qoyulan zəruri iqtisadi islahatlar, Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir və Azərbaycan bu gün dünyada sürətlə inkişaf edən ölkə durumuna gəlib.
Mərasimdə Acarıstan Muxtar Respublikasının Səhiyyə və əhalinin sosial müdafiə naziri Nuqzar Surmanidze, Respublika Günü münasibətilə ən xoş arzularını dilə gətirərək, Acarıstan Muxtar Respublikasının Hökumət sədri Arcil Xabadzenin Azərbaycan xalqına ünvanlanan təbrik məktubunu oxuyub.
Sonra qonaqlara Azərbaycan və Gürcüstan musiqiçilərinin ifasında hazırlanmış musiqi proqramı təqdim edildi.
Proqram çərçivəsində rəqs qrupu tərəfindən hazırlanmış “Sarı gəlin” rəqsi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbir maraqlı konsert proqramı ilə başa çatıb.