Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, ziyarət zamanı abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısı abidənin önünə əklil qoyub və daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.