YAP İdarə Heyəti toplaşır  - Partiya oktyabrda qurultay   keçirəcək
23 sentyabr 2026 14:14 (UTC +04:00)

YAP İdarə Heyəti toplaşır - Partiya oktyabrda qurultay keçirəcək

0

Sentyabrın sonlarında Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasının keçirilməsi nəzərdə tutulur.

Lent.az-ın xəbərinə görə, İdarə Heyətinin iclasında VIII Qurultayın tarixi barədə qərar veriləcək.

Xatırladaq ki, sentyabrın 22-də YAP mərkəzi qərargahında rayon təşkilatlarının sədrlərinin iclası keçirilib, qurultayla bağlı texniki məsələlər müzakirə olunub. 

Qurultayın okyabrın birinci yarısında keçirilməsinin planlaşdırıldığı da müzakirələr zamanı qeyd edilib. 

Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay Partiyanın İdarə Heyəti tərəfindən 5 ildə bir dəfədən az olmayaraq çağırılır.

YAP-ın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib və növbəti qurultay bu il keçirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar