Bakıya gələn bəzi avtobusların marşrutu dəyişdirilib
Bu gündən Bakı Metropoliteninin Həzi Aslanov-Dərnəgül xətti üzərindəki 5 stansiyası işini müvəqqəti dayandırılıb. Lent.az-ın məlumatına görə, “20 Yanvar”, “Memar Əcəmi”, “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyaları avqustun 13-dək işləməyəcək. Bu səbəbdən də həm şəhərdaxili, həm də Xırdalan, Biləcəri, Binəqədi, eləcə də Sumqayıt istiqamətindən Bakıya gələn əksər xətt avtobuslarının marşrutunda dəyişiklik edilib.
Sumqayıtdan paytaxt gələn avtobusların əksəriyyəti metronun “İnşaatçılar” stansiyasına doğru hərəkət edir.
Nəqliyyat Nazirliyindən Lent.az-a verilən məlumata görə, dəyişiklik müvəqqəti xarakter daşıyır, avtobuslar metropolitendə iş başa çatdıqdan sonra əvvəlki rejimdə və marşrut üzrə işləyəcəklər.
Qeyd edək ki, bu gün səhər saatlarından Bakı metrosunun yuxarıda qeyd edilən stansiyalarının işləməməsindən xəbərsiz olan minlərlə insan olub. Xüsusi ilə də “20 Yanvar” stansiyası ətrafında xeyli sərnişin toplanıb.
Bakı Metropolitenindən verilən məlumata görə, yeni stansiyaların tikintisi ilə əlaqədar sərnişinlərin təhlükəsizliyi üçün həmin stansiyaların işi dayandırılıb.
Nizam RZA

Oxşar yazılar

Pul, karyera, sevgi: Yayın ortası 3 BÜRCƏ uğur gətirəcək
19 iyul 2025 , 18:35
Bu marşrut xəttinə yeni avtobuslar verildi
19 iyul 2025 , 18:06
Soyuducunu və qidanı korlamayın: Məhsulların dondurulmasında yol verilən 9 SƏHV
19 iyul 2025 , 17:41
Hansı ölkələrdə insanlar daha tez qocalır və niyə - ARAŞDIRMA
19 iyul 2025 , 17:05
Sabah Bakıda hava əvvəlkilərdən də isti olacaq
19 iyul 2025 , 12:33
Bu rayonlara leysan yağdı - FAKTİKİ HAVA
19 iyul 2025 , 12:00
Köhnə qaydalar dəyişdi: artıq tanışlıqla sanatoriyalara getmək olmur - TAHİR KƏRİMLİYƏ CAVAB
19 iyul 2025 , 11:49