Kür çayında suyun səviyyəsi azalıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 65-105, Kiçik Qafqazın çaylarında 110-140, Lənkəran-Astara bölgəsi çaylarında 50-110, Naxçıvan MR çaylarında isə 100-105 faizini təşkil edir.
Avqustun 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 77 m3/s, ongünlük normanın 57 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 100 m3/s və ongünlük normanın 75 faizini təşkil edib.
Avqustun 13-dən başlayaraq Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 48 m3/s olmaqla, ongünlük normanın 71 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə çox olmaqla 74 m3/s təşkil etmiş və ongünlük normanın 110 faizinə bərabər olub.
Avqustun 13-dən başlayaraq Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 1 sm, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 4 sm azalma, lakin Bankədə isə 1 sm artım qeydə alınıb. Salyanda suyun səviyyəsində dəyişiklik baş verməyib.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 333 sm (2011-ci il avqustun 17-də 410 sm), Şirvanda 192 sm (2011-ci il avqustun 17-də 2987 sm ), Salyanda 158 sm (2011-ci il avqustun 17-də 286 sm), Bankədə 215 sm (2011-ci il avqustun 17-də 243 sm), Araz çayının Novruzlu məntəqəsində isə 91 sm (2011-ci il avqustun 17-də 155 sm) təşkil edir.

Oxşar yazılar

III Şuşa Qlobal Media Forumu çərçivəsində ilk panel -YENİLƏNİB
20 iyul 2025 , 11:51
Bu BÜRCLƏRDƏN borc almağa dəyər: Dostlarına borcları bağışlayırlar
20 iyul 2025 , 10:10
Pul, karyera, sevgi: Yayın ortası 3 BÜRCƏ uğur gətirəcək
19 iyul 2025 , 18:35
Bu marşrut xəttinə yeni avtobuslar verildi
19 iyul 2025 , 18:06
Soyuducunu və qidanı korlamayın: Məhsulların dondurulmasında yol verilən 9 SƏHV
19 iyul 2025 , 17:41
Hansı ölkələrdə insanlar daha tez qocalır və niyə - ARAŞDIRMA
19 iyul 2025 , 17:05
Sabah Bakıda hava əvvəlkilərdən də isti olacaq
19 iyul 2025 , 12:33