Ramazan bayramında bəzi avtobuslar pulsuz işləyəcək
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Ramazan Bayramı münasibəti ilə sosial aksiyaya start verib.
NİİM-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, Ramazan Bayramı günü paytaxtdakı bəzi sərnişin daşıma vasitələrində (avtobuslarda) sərnişinlərdən gediş haqqı alınmayacaq: «Müəyyən olunmuş marşrutlardan gün ərzində istifadə edən sərnişinlər gediş haqqı ödəməyəcəklər. Aksiya Ramazan bayramı ilə bağlı həyata keçirilir və bir gün davam edəcək», deyə məlumatda bildirilir.
NİİM-in məlumatında deyilir ki, Mərkəz belə aksiyanı ilk dəfədir ki, həyata keçirilir: «NİİM bu kimi aksiyaların davamlı olmasını və gələcəkdə də ənənə halına gəlməsini ümid edir».
Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaradılmasına 2009-cu ilin aprelindən başlanıb və 2011–ci ilin sonundan Mərkəz fəaliyyətə başlayıb. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemləri aradan qaldırmaqdır.

Oxşar yazılar

III Şuşa Qlobal Media Forumu çərçivəsində ilk panel -YENİLƏNİB
20 iyul 2025 , 11:51
Bu BÜRCLƏRDƏN borc almağa dəyər: Dostlarına borcları bağışlayırlar
20 iyul 2025 , 10:10
Pul, karyera, sevgi: Yayın ortası 3 BÜRCƏ uğur gətirəcək
19 iyul 2025 , 18:35
Bu marşrut xəttinə yeni avtobuslar verildi
19 iyul 2025 , 18:06
Soyuducunu və qidanı korlamayın: Məhsulların dondurulmasında yol verilən 9 SƏHV
19 iyul 2025 , 17:41
Hansı ölkələrdə insanlar daha tez qocalır və niyə - ARAŞDIRMA
19 iyul 2025 , 17:05
Sabah Bakıda hava əvvəlkilərdən də isti olacaq
19 iyul 2025 , 12:33