Sabahdan ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başlayır
2012-2013-ci tədris ili üçün ali məktəblərə yerləşdirmənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi avqustun 19-dan 23-dək internet vasitəsilə aparılacaq. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub. Ali təhsil müəssisələrində boş yerlərin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq. Həmin jurnalın elektron versiyasını internet vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq. Aparılan ixtisas seçiminin nəticələrinə əsasən, bu il üçün ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olunub, qəbul planı 94% dolub, 2000-dək vakant yer qalıb. Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 18-də «Abituriyent» jurnalının 6-cı sayında dərc olunacaq. Həmin jurnalın elektron versiyasını internet vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq. Tələbə adı qazanmış şəxslər avqustun 23-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Oxşar yazılar

III Şuşa Qlobal Media Forumu çərçivəsində ilk panel -YENİLƏNİB
20 iyul 2025 , 11:51
Bu BÜRCLƏRDƏN borc almağa dəyər: Dostlarına borcları bağışlayırlar
20 iyul 2025 , 10:10
Pul, karyera, sevgi: Yayın ortası 3 BÜRCƏ uğur gətirəcək
19 iyul 2025 , 18:35
Bu marşrut xəttinə yeni avtobuslar verildi
19 iyul 2025 , 18:06
Soyuducunu və qidanı korlamayın: Məhsulların dondurulmasında yol verilən 9 SƏHV
19 iyul 2025 , 17:41
Hansı ölkələrdə insanlar daha tez qocalır və niyə - ARAŞDIRMA
19 iyul 2025 , 17:05
Sabah Bakıda hava əvvəlkilərdən də isti olacaq
19 iyul 2025 , 12:33