(R) “2 Qapı – 1 Hədəf”
Korporativ Sosial Məsuliyyət (KSM) Azərbaycan növbəti layihəsini təqdim edir. “Yaşıl Futbol” adlanan şirkətlərarası futbol turu təşkil edən KSM Azərbaycan bütün qabaqcıl şirkətləri futbol oynayaraq KSM-ə dəstək verməyə dəvət edir.
Ölkənin tanınmış şirkətləri arasında təşkil edilən futbol turunun məqsədi şirkətləri sosial məsuliyyətli olmağa çağırmaqdır.
Xatırladaq ki, şirkət nümayəndələri arasında baş tutacaq “Yaşıl Futbol” turundan əldə olunan gəlir bir ekoloji və xeyriyyə aksiyasının təşkilinə sərf ediləcək.
“2 Qapı-1 Hədəf” şüarı altında keçiriləcək futbol turunda hər şirkət cəmi bir oyun oynayacaq. Rəqib olmaqlarına baxmayaraq, hər kəsin hədəfinin bir olmasını göstərən simvolik futbol oyunu cəmiyyətə öz mesajını göndərmiş olacaq.
“Yaşıl Futbol” turunda 10 şirkət iştirak edəcək. KSM-ə dəstək verən bu şirkətlər aşağıdakılardır: Ideal Perfumery & Cosmetics , Akkord, Auto Azerbaijan, Romantic, Çinici, Baltika, DSC, Gallery4Kids, PwC Azərbaycan və KSM Azərbaycan.
Oyunlar avqust ayının 25-dən etibarən həftənin şənbə və bazar günləri axşam saatlarında keçiriləcək. İlk oyun bu bazar Romantic və Ideal Perfumery & Cosmetics şirkətləri arasında baş tutacaq. Öz sevimli şirkətinə azarkeşlik etmək istəyən hər kəs dəvətlidir. Oyunların zamanı və məkanı haqqında ətraflı məlumatı “Yaşıl Futbol” turunun rəsmi facebook səhifəsindən - www.facebook.com/Yashil.Futbol.Turu əldə etmək olar.

Oxşar yazılar

Ceff Bezos otel işçilərinə 52 min dollar “çayavoy” verdi
20 iyul 2025 , 16:38
III Şuşa Qlobal Media Forumu çərçivəsində ilk panel -YENİLƏNİB
20 iyul 2025 , 11:51
Bu BÜRCLƏRDƏN borc almağa dəyər: Dostlarına borcları bağışlayırlar
20 iyul 2025 , 10:10
Pul, karyera, sevgi: Yayın ortası 3 BÜRCƏ uğur gətirəcək
19 iyul 2025 , 18:35
Bu marşrut xəttinə yeni avtobuslar verildi
19 iyul 2025 , 18:06
Soyuducunu və qidanı korlamayın: Məhsulların dondurulmasında yol verilən 9 SƏHV
19 iyul 2025 , 17:41
Hansı ölkələrdə insanlar daha tez qocalır və niyə - ARAŞDIRMA
19 iyul 2025 , 17:05