
Tovuzda 85 ailənin mənzil problemi həll olunur
Tovuz rayonunda “Sement zavodu” deyilən ərazidə ağır vəziyyətdə yaşayan 85 ailənin problemi həll olunub. Lent.az-ın məlumatına görə, bu barədə məlumatı Tovuzdan seçilən millət vəkili Qənirə Paşayeva “Facebook” səhifəsində yazıb. Millət vəkili bildirib ki, həmin ailələr üçün iki beşmərtəbəli yaşayış binası tikilməsinə artıq hazırlıq gedir: “Artıq işlər başlayır, qısa zaman ərzində həmin ailələr üçün gözəl binalar, rahat mənzillər tikilib istifadəyə veriləcək. Bu, bizim üçün - həm İlyas müəllim, həm də mənim üçün çox önəmli məsələ idi və çox şadıq ki, bu böyük problem öz həllini tapdı. “Sement zavodu” deyilən ərazinin sakinləri vaxtilə həmin zavodun tikintisində, sonra da özündə işləyib, baraklarda yaşayıblar. Zavod çoxdandır işləmir. İşçilərin bir qismi dünyalarını dəyişib, qalanları isə çox acınacaqlı şəraitdə yenə də həmin baraklarda yaşayırlar. Amma artıq problemləri həllini tapdı. Artıq onların da rahat mənzilləri olacaq. Həm də qısa zaman sonra”.
Millət vəkili buna görə ölkə başçısı prezident İlham Əliyevə təşəkkür edib.
Millət vəkili buna görə ölkə başçısı prezident İlham Əliyevə təşəkkür edib.
Oxşar yazılar

Ceff Bezos otel işçilərinə 52 min dollar “çayavoy” verdi
20 iyul 2025 , 16:38
III Şuşa Qlobal Media Forumu çərçivəsində ilk panel -YENİLƏNİB
20 iyul 2025 , 11:51
Bu BÜRCLƏRDƏN borc almağa dəyər: Dostlarına borcları bağışlayırlar
20 iyul 2025 , 10:10
Pul, karyera, sevgi: Yayın ortası 3 BÜRCƏ uğur gətirəcək
19 iyul 2025 , 18:35
Bu marşrut xəttinə yeni avtobuslar verildi
19 iyul 2025 , 18:06
Soyuducunu və qidanı korlamayın: Məhsulların dondurulmasında yol verilən 9 SƏHV
19 iyul 2025 , 17:41
Hansı ölkələrdə insanlar daha tez qocalır və niyə - ARAŞDIRMA
19 iyul 2025 , 17:05