Meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti davam edir
31 avqust 2012 00:10 (UTC +04:00)

Meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti avqustun 31-ə olan hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 31-də hava şəraitinin əsasən dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir.



Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.



Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1510

Oxşar yazılar